Bayden Ukraynaya yeni hava hücumundan müdafiə sistemi vəd edib

Vaşinqtonun ev sahibliyi ilə NATO-nun 75 illik yubiley sammiti başlayıb.

İndex.az xəbər verir ki, sammitin açılışında çıxış edən ABŞ prezidenti Co Bayden Ukraynaya daha çox hava hücumundan müdafiə sistemləri vəd edib.

Bayden bəyan edib ki, ABŞ, Almaniya, Hollandiya, Rumıniya və İtaliya yaxın aylarda Ukraynaya onlarla əlavə taktiki hava hücumundan müdafiə sistemi göndərəcək.

Beləliklə, ABŞ prezidenti Bayden İsveç və Finlandiyanın iştirakı ilə üzvlərinin sayı 32-yə yüksələn NATO-nun hər zamankindən daha güclü olduğu mesajını verdi.