Morgan Stanley: “Səhmlərin ucuzlaşması prosesinə hazır olmaq lazımdır”

ABŞ-da seçki kampaniyasının yaratdığı qeyri-müəyyənlik strateqlərin fond bazarı ilə bağlı proqnozlarını da yenidən formalaşdırır.

İndex.az xəbər verir ki, “Morgan Stanley”in ABŞ-ın Səhmlər üzrə Baş Strateqi Mayk Uilson bildirib ki, prezident seçkilərinin, korporativ gəlirlərin və FED siyasətinin kölgəsində qeyri-müəyyənlik artıb.

Uilsonun sözlərinə görə, treyderlər səhmlərin əhəmiyyətli dərəcədə geriləməsinə hazır olmalıdırlar.