Filippində xəstəxanalar üzünü dəyişdirmək istəyən cinayətkarlara plastik cərrahiyyə əməliyyatı edir

Filippində aşkarlanan gizli xəstəxanalarda xarici görünüşlərini dəyişmək istəyən cinayətkarlara plastik cərrahiyyə xidmətlərinin təklif edildiyi müəyyən edilib.

İndex.az xəbər verir ki, bu mərkəzlərdə plastik cərrahiyyə ilə yanaşı dərinin ağardılması, saç əkilməsi kimi xidmətlər də təklif olunur.

BBC-yə danışan polis sözçüsü bildirib ki, may ayında paytaxt Manilada iki xəstəxana aşkar edilib.

Sözçü bu iki qeyri-qanuni xəstəxananın yaxın həftələrdə bağlana biləcəyini söylədi.