Artıq 7-ci ildir ki, ölkənin birinci bankı “Kapital Bank”ın dəstəyi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən Respublika Fənn Olimpiadaları keçirilir. Ötən gün 2023-2024-cü tədris ili üzrə keçirilən olimpiada qaliblərinin mükafatlandırma mərasimi baş tutub.
Mərasimdə Respublika Fənn Olimpiadalarında ən yüksək nəticə göstərmiş 8 qızıl medalçıya, eləcə də bütün qaliblərə diplom və mükafatlar təqdim edilib.
Xatırladaq ki, bu tədris ili üzrə ümumilikdə 62 mindən çox şagird olimpiadada iştirak üçün qeydiyyatdan keçib. Yarışma 8-11-ci sinif şagirdləri arasında, 8 fənn üzrə, 143 mərkəzdə təşkil edilib. Şagirdlər biliklərini Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə 3 turda sınayıblar. 10 997 şagird yarımfinal mərhələsində iştirak etmək hüququ qazanıb. Final mərhələsinə keçən 1000-ə yaxın şagirddən 491 nəfəri qalib olub. Onlardan 244 nəfəri bürünc, 163 nəfəri gümüş, 84 nəfəri isə qızıl medal qazanıb.
Ölkənin birinci bankı olan “Kapital Bank” “PAŞA Holding”ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, “Birbank” kartı sifarişi üçün — https://kbl.az/prcrc .