​​​​​​​İran Mərkəzi Bankı rəqəmsal rial dövriyyəyə buraxır

İran Mərkəzi Bankı iyunun 21-dən rəqəmsal rialı dövriyyəyə buraxacaq.

Index.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Məlumata görə, istifadəçilər ştrix-kodu skan etməklə alış-veriş edə və pul köçürə biləcəklər.

Mərkəzi Bank tərəfindən “Rəqəmsal rial” ilk dəfə Kiş adasında pilot mərhələdə istifadəyə veriləcək.