Hava şəraiti ilə bağlı sarı xəbərdarlıq edildi

İyunun 19-da Bakıda və Abşeron yarımadasında, eləcə də bəzi rayonlarda küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.

İndex.az xəbər verir ki, bu barədə Xidmətdən məlumat verilib.

Bildirilib ki, sinoptiklərin məlumatına görə, Bakıda və Abşeron yarımadasında, Qobustan, Siyəzən, Altıağac, Xızı, Şabran, Xaçmaz, Neftçala, Salyan, Ordubad, Culfada sarı xəbərdarlığa uyğun olaraq qısa müddətə küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.