“Apple”ə qarşı cinsiyyətçilik iddiası: 12 min qadın işçi etiraz edir

ABŞ-ın texnologiya nəhəngi “Apple” ABŞ-da seksizmə görə məhkəməyə verilib.

İndex.az xəbər verir ki, iki qadın işçinin açdığı bu iddiada “Apple” eyni iş üçün kişilərə daha çox pul ödəməkdə günahlandırılır. Bu iddia təxminən 12 min qadın işçinin hamısına aiddir.

İddiaçının sözlərinə görə, “Apple” sadəcə qadınlara aşağı maaş verməklə kifayətlənmir. Maaş artımları və daxili mükafat proqramlarında da bəzi pozuntular var. Şikayətçi qadınlar iddia edirlər ki, “Apple” qadınlara qərəzlə yanaşır və bu da onları dezavantaj vəziyyətə salır.

Məsələni gündəmə gətirən “Wall Street” müxbirləri şərh almaq üçün “Apple” ilə əlaqə saxlayıblar. Ancaq şirkətdən mövzu ilə bağlı heç bir açıqlama verilməyib.