“ChatGPT” sayəsində “OpenAI” gəlirləri sürətlə artıb.
İndex.az xəbər verir ki, son hesabata görə, “OpenAI”nin illik gəliri 3,4 milyard dollardır.
Bu rəqəmin 2023-cü ildə 1,6 milyard, 2022-ci ildə isə 1 milyard dollar olacağı bildirilir.
Məlumatlara görə, “OpenAI” gəlirlərinin böyük hissəsini məhsul və xidmətlərindən əldə edir.
Məlum olduğu kimi, “ChatGPT”nin plus versiyasının aylıq xidməthaqqı 20 dollardır.
Gəlirlərin əhəmiyyətli hissəsi buradan gəlir.