Stiv Cobsun avtomobillərində niyə nömrə nişanları yox idi?

20 yaşından bəri ictimaiyyətin diqqətində olan multimilyonçu Stiv Cobs haqqında bu illər ərzində maraqlı şeylər eşitmişik. Bunların bəziləri söz-söhbət səviyyəsində qalsa da, bəziləri real idi.

Məsələn, onun idarə etdiyi avtomobillərin dövlət nömrə nişanı yoxdur.

Müsahibədə Stivdən soruşublar: “Niyə nömrə nişanınız yoxdur?”

“İnsanların məni izləməsini istəmirəm”,- deyib.

Jurnalist davam edib: “Nömrənin olmaması daha diqqətçəkici görünür”

“Bəli, yəqin ki, haqlısınız”, – deyib.

Bəs o bunu necə edir?

Faktiki olaraq o, hüquqi boşluqdan istifadə edir. Kaliforniyada daimi nömrə nişanı əldə etmək üçün avtomobilinizi qeydiyyatdan keçirdiyiniz tarixdən etibarən 6 ayınız var.

Satış hesabatının surətini göstərən nəqliyyat vasitəsi… nəqliyyat vasitəsinin satıldığı tarixdən başlayaraq 6 aylıq müddətin sonuna qədər dövlət nömrə nişanı və ya qeydiyyat vəsiqəsi olmadan istifadə oluna bilər.

Ancaq hökumət sizə daimi metal lövhələr göndərirsə, onda siz onlardan istifadə etməlisiniz. Nəticədə, Stiv Cobs Kaliforniya qanununun müddəasından istifadə edərək avtomobilini hər 6 aydan bir yenisi ilə əvəz etdi, beləliklə, onu nömrə nişanı olmadan idarə edə bildi.