ABŞ büdcəsində 347 milyard dollar kəsir yaranıb

ABŞ Maliyyə Nazirliyi may ayı üçün büdcə balansı hesabatını dərc edib.

İndex.az xəbər verir ki, ABŞ federal hökumətinin büdcə kəsiri may ayında gözləntiləri aşaraq 347 milyard dollar təşkil edib.

Federal hökumətin keçən ilin eyni ayında 240 milyard dollarlıq büdcə kəsiri var idi.

Belə ki, ötən ilin eyni ayı ilə müqayisədə büdcə kəsirində 44% artım olub.

Bu dövrdə büdcə balansı ilə bağlı bazar gözləntisi büdcənin 279,6 milyard dollar kəsir verəcəyi idi.

Hökumətin gəlirləri may ayında keçən ilin eyni ayına nisbətən təxminən 5% artaraq 324 milyard dollara, xərcləri isə 22% artaraq 671 milyard dollara çatıb.