Fransa Azərbaycanın qarşısından geri çəkildi – VİDEO

“Fransa səfiri bildiyimiz kimi geri cağırılmışdı. Qayıdan kimi ilk olaraq Laçına səfər etdi. Hesab edirəm ki, Fransa öz siyasətini dəyişib”- bu fikirləri ARB 24 telekanalının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.

Millət vəkili qeyd edib ki, səfirin Laçına səfər etməsi Azərbaycan hakimiyyətinə mesajdır.

“Fransa bununla demək istəyir ki, biz əməkdaşlığa hazırıq. Fransa öz siyasətini dəyişməlidir. Fransanın BMT-nin iclasında açıqlaması Azərbaycanın ugurudur. Fransa nümayəndəsi iclasda bildirir ki, Azərbaycan bizim ölkədə çevriliş hazırlayır. Böyük bir ölkənin Azərbaycan qarşısında acizliyini nümayiş etdirir.  Bir sözlə indi Azərbaycanın dünyada öz mövqeyi və çəkisi var.”- deyə Cavanşir Feyziyev bildirib.

Daha ətraflı videoda: