Gömrükçülər büdcəyə 2 milyard manata yaxın pul toplayıb

Bu ilin yanvar-aprel aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 1 milyard 979,974 milyon manat təşkil edib.

İndex.az DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 % azdır.

Məlumata görə, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 52,44 % artaraq 757,021 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 22 % azalaraq 1 milyard 609,790 milyon manat təşkil edib.

Bu dövr ərzində aksizlər üzrə daxilolmalar 2 % azalaraq 63,552 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 25,4 % azalaraq 12,704 milyon manat olub.