Azərbaycan I rübdə ixrac etdiyi neft məhsullarının həcmini açıqlayıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 105 min 241,69 ton həcmində neft məhsulları ixrac edib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, bu həcmdə məhsulun dəyəri 62 milyon 829,46 min ABŞ dolları təşkil edib.

Ötən aylar ərzində ixrac edilən neft məhsullarının həcmi 2023-cü ilin ilk rübü ilə müqayisədə 2,85 dəfə, dəyəri isə 2,86 dəfə azdır.

Bu ilin ilk rübündə neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 1,05 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.