Bu il Azərbaycan təbii qaz ixracını 61%-dən çox artırıb

Bu ilin yanvar-mart aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 4 milyard 432 milyon 908,72 min kubmetr həcmində təbii qaz ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir.

Məlumata görə, ötən rüb ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1 milyard 752 milyon 107,96 min ABŞ dolları təşkil edib.

Hesabat dövrü ərzində ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 61,54 % çox, dəyəri isə 25,34 % azdır.

Bu ilin ilk rübü ərzində Azərbaycanın ümumi ixracında təbii qazın payı 29,28 % olub.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycan xarici ölkələrlə 9 milyard 696 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 5 milyard 984 milyon ABŞ dolları ixracın, 3 milyard 712 milyon ABŞ dolları isə idxalın payına düşüb.