Messi illik nə qədər maaş alır?

“İnter Mayami”nin sahibi Xorxe Mas “Forbes”ə açıqlama verib.

İndex.az xəbər verir ki, Mas Lionel Messinin müqaviləsinin detallarını açıqlayıb.

Masın açıqlamasına görə, Messi “İnter Mayami”dən ildə 50-60 milyon dollar qazanır. Digər tərəfdən, argentinalı ulduzun müqaviləsində onun futboldan ayrılması ilə bağlı bənd də var.

Buna uyğun olaraq Messinin müqaviləsində futboldan ayrıldıqdan sonra “İnter Mayami”də menecer kimi işləyə bilər” bəndi var. Lionel Messinin “İnter Mayami” ilə müqaviləsi 31 dekabr 2025-ci ildə başa çatır.

Messi bu mövsüm “İnter Mayami” ilə 6 oyun keçirib. Təcrübəli futbolçu bu görüşlərdə 6 qol vurub, 2 məhsuldar ötürmə edib.