Təyyarədə öləndə nə baş verir, cəsəd harada saxlanılır?

Təyyarədə kiminsə ölməsi nadir hal olsa da, 1 milyon sərnişinə 0,21 ölüm nisbəti düşür.

İndex.az xəbər verir ki, təyyarədə tibbi qəza baş verdikdə, uçuş heyəti dərhal tədbirlər görür. Komanda artıq ilkin tibbi yardım təlimi keçdiyi üçün nə edəcəkləri bəllidir. Əlbəttə ki, onlar da əvvəlcə təyyarədə hər hansı səhiyyə işçisinin olub-olmadığını soruşurlar.

Tibbi qulluqçu yoxdursa, uçuş heyəti tibbi yardım göstərməyə cavabdehdir. Bir çox təyyarələrdə defibrilatorlar (şok cihazları) kimi təcili avadanlıqlar da var.

IATA təlimatlarına əsasən, nəfəs alma və ürək döyüntüləri yenidən başlamadıqca və ya turbulentlik kimi digər maneələr səbəbindən təyyarə təhlükəli hala düşmədikdə, CPR (ürək masajı) sərnişində ən azı 30 dəqiqə davam etməlidir.

Nekroloq (ölüm elanı) uçuş heyəti tərəfindən hazırlanmır.

Təyyarədə həkim yoxdursa, deməli, nekroloq yazmağa səlahiyyəti olan kimsə yoxdur. Bu, qanuni olaraq hər yerdə belədir. Həkim yoxdursa, aviaşirkətin komandası ilə əlaqə saxlanılır.

Təyyarədəki ölüm diaqnozunu təmin edəcək alət sərnişinə bağlanır və qan təzyiqi, ürək döyüntüsü, hərarət və qlükoza səviyyələri kimi dəyərlər canlı olaraq müvafiq səhiyyə müəssisəsinə göndərilir. Aldıqları məlumata görə, sərnişinin ölüb-ölmədiyinə qərar verilir.

 

Təyyarədə ölüm baş verirsə, o demək deyil ki, pilot marşrutu dəyişməlidir. Pilot yalnız vəziyyəti eniş edəcəyi hava limanına bildirməyə cavabdehdir və əməl etməli olduğu protokola uyğun olaraq uçuşu davam etdirir.

Məlumat verildikdən sonra mərhumun yerə enənə qədər harada dayanacağı prosesinə başlanılır.

Mərhumun tualetdə saxlanması isə böyük yalandır.

Tualetdə meyiti bağlamaq və onu sabit saxlamaq üçün yer olmadığı üçün belə bir vəziyyətdən söhbət gedə bilməz. Təyyarədə yer varsa, cəsədi daha az sərnişin olan oturacaqlara köçürmək olar. Lakin təyyarədə boş oturacaq yoxdursa, cəsəd sərnişinin öz oturacağında qalır.

Təyyarədə cəsəd çantası yoxdursa, digər sərnişinlər nəzərə alınmaqla, cəsəd yorğanla örtülür və gözləri bağlanır.

Hava limanında da bəzi prosedurlar həyata keçirilir.

Vəziyyətlə bağlı hava limanlarına məlumat verildiyi üçün ərazidə təcili yardım maşınları və polislər gözləyir. Meyitin götürülməsi ilə yanaşı, təbii ki, təyyarənin içindəki şəxslərin də ifadələri alınır. Digər zəruri prosedurlardan sonra sərnişinlər təxliyə edilir.

Xərclər əslində sərnişinin səyahət və ya sağlamlıq sığortasından asılı olaraq dəyişə bilər. Buna görə də lazımi sığorta ilə səyahət etmək, geridə qoyduğunuz insanlar üçün edə biləcəyiniz ən yaxşı şeylərdən biri ola bilər.