SOCAR-ın bu müəssisəsi iki aya 34 milyon dollar gəlir əldə edib

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 57 %-lik törəməsi olan “SOCAR Polymer” MMC 34,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

İndex.azxəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın mart sayında bildirilir.

Bu, 2023-cü ilin ilk iki ayının göstəricisi ilə müqayisədə 17,3 milyon ABŞ dolları və yaxud 33,6 % azdır.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Azərbaycanın ümumi ixracı 4,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 455 milyon ABŞ dolları təşkil edib.