Messi: “Futbolu yaşıma fikir vermədən atacağam”

Argentinalı ulduz futbolçu Lionel Messi gələcəyi ilə bağlı açıqlamalar verib.

İndex.az xəbər verir ki, “İnter Mayami”nin super ulduzu “Barselona”dan və Argentina millisindən ayrılmasından da danışıb.

36 yaşlı futbolçu təqaüdə çıxacağı tarixlə bağlı etiraflar da edib: “PSJ-yə gedəndə dəyişiklik çətin idi, çünki “Barselona”da çox yaxşı oynayırdım və orada qalmağı planlaşdırırdım. Ayrılmağa hazır deyildim, hər şey çox tez baş verdi. Qısa müddətdə həyatımı yenidən qurmalı oldum.

Əgər yaxşı performans göstərə bilmədiyimi, həzz almadığımı və ya dostlarıma kömək edə bilmədiyimi hiss etsəm bu işi buraxacam. Həmişə özümü tənqid edirəm, nə vaxt yaxşı və ya pis oynadığımı bilirəm. Bu addımı atmağın vaxtının gəldiyini hiss etdiyim zaman, yaşıma fikir vermədən atacağam. Əgər yaxşı hiss etməyə davam etsəm, həmişə yarışmağa davam etməyə çalışacağam, çünki işimi sevirəm və necə edəcəyimi bilirəm”.