Göygölün 23 yaşayış məntəqəsi qazsız qalacaq

Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq.

İndex.az “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, Göygöl rayonu ərazisində yeni tikilmiş “Göygöl Şərab-1” qaz ölçü qovşağında ölçü-hesablayıcı avadanlıqların, ROC cihazının, sərfiyyata uyğun daraldıcı qurğunun quraşdırılması, impuls xətlərinin çəkilməsi, metroloji ölçmələrin aparılması, mərkəzi radiomodem şəbəkəsinə qoşulması işlərinin görülməsi zəruriyyəti ilə bağlı martin 18-də saat 10:00-dan “Əliuşağı” QPS-dən qidalanan “Göygöl əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Göygöl şəhəri və rayonun 23 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.