Naxçıvanda qeydiyyatda olan minik avtomobillərinin sayı 13% artıb

Bu il yanvarın 1-nə Naxçıvan Muxtar Respublikasında 37 357 minik avtomobili qeydiyyatda olub.

İndex.az xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 13% çoxdur.

Hesabat dövründə muxtar respublikada qeydiyyatda olan yük avtomobillərinin sayı 10,4% artaraq 6 630-a, avtobusların sayı 0,3% artaraq 1 090-a, digər avtomobillərin sayı isə 7% artaraq 797-yə çatıb.