“Tesla” Almaniyada istehsalını dayandırdı

Almaniyada Berlinətrafı ərazidə yerləşən “Tesla” zavodunda istehsal dayandırılıb.

İndex.az xəbər verir ki, “Berliner Zeitung” qəzeti yazır ki, zavoda bitişik ərazidə baş verən yanğın nəticəsində elektrik kəsilməsi səbəbindən istehsalda fasilə yaranıb.

Bildirilir ki, yanğına səbəb qəsdən yandırılma ola bilər.

Bundan başqa, zavoddan başqa, yaxın ərazilərdə də 2 minə yaxın ailə işıqsız qalıb.

Almaniya mətbuatının məlumatına görə, ətraf mühit fəalları və ekoloqlar bu yaxınlarda şirkətin istehsal sahəsini genişləndirmək məqsədi ilə ağacları kəsmək istəyən “Tesla” zavodunun yaxınlığındakı meşədə etiraz aksiyaları keçiriblər.