Yanvar ayında Aİ-də yeni avtomobil satışları artıb

Avropa İttifaqı (Aİ) bazarında yeni avtomobil satışlarının sayı artıb.

İndex.az xəbər verir ki, keçən ay Aİ ölkələrində 2023-cü ilin eyni ayına nəzərən 12,1% artımla 851 min 690 yeni avtomobil satılıb.

İttifaqa üzv ölkələrdə satılan yeni avtomobillərin 35,2%-i benzin, 28,8%-i hibrid, 13,4%-i dizel, 10,9%-i elektrik, 7,8%-i plug-in hibrid, 9%-i isə digər yanacaq növlərindən istifadə edən avtomobillərdən ibarət olub.