Hesablama Palatasının satınalma xərcləri 37% artıb

2021-ci ildə Hesablama Palatası dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə 10 müsabiqə keçirib.

İndex.az xəbər verir ki, bu barədə qurumun ötənilki fəaliyyəti ilə bağlı hesabatda bildirilir.

Sənədə əsasən, bu müsabiqələrə 338,4 min manat xərclənib. Bu da 2020-ci illə müqayisədə 36,5% çoxdur.