Neftimizin qiyməti 110 dollara çatır

Dünya bazarında “Azeri Light” (CIF) markalı neftin qiyməti artıb.

İndex.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,17 ABŞ dolları və ya 0,15% artaraq, 109,93 dollar təşkil edib.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.