2021-2022-ci tədris ilinin başa çatması ilə bağlı orta ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri ənənəvi qaydada keçiriləcək.
İndex.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.
Rəsmi məlumata görə, epidemioloji vəziyyət icazə verdiyi təqdirdə “Son zəng” ənənəvi şəkildə keçiriləcək.
Qeyd edək ki, koronavirusa epidemiyası səbəbindən son 2 il ərzində “Son zəng” tədbirləri məhdudiyyətlərlə qeyd edilmişdi.