Beynəlxalq Valyuta Fondunun (BVF) yenilənmiş proqnozuna əsasən, bu il Azərbaycanda istehlak qiymətləri 12,3% artacaq.
İndex.az fondun “World Economıc Outlook” hesabatının aprel buraxılışına istinadən xəbər verir ki, 2023-cü ildə isə ortaillik inflyasiya 8,7% səviyyəsində gözlənilir.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında ortaillik inflyasiya 12,2%, təkcə martda isə illik inflyasiya 12,1% təşkil edib. Ötən il Azərbaycanda ortaillik inflyasiya 6,7% təşkil edib.
Xatırladaq ki, Asiya İnkişaf Bankının son proqnozuna görə, Azərbaycanda istehlak qiymətlərinin ortaillik artımı 2022-ci ildə 7%, Dünya Bankının son gözləntisinə görə isə inflyasiya 9% təşkil edəcək.