Bu ilin birinci rübündə “Bakı Metropoliteni” 45 635,7 sərnişin daşıyıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,3% azdır.
İndex.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-mart ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 50 855 nəfər olub.
Məlumata görə, 2021-ci ilin birinci rübündə “Bakı Metropoliteni” sərnişindaşımaları həyata keçirtməyib, bu da COVID-19 pandemiyası ilə əlaqədar tətbiq olunan məhdudiyyətlər ilə bağlıdır.
Ötən il “Bakı Metropoliteni” 90 232,4 sərnişin daşıyıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,8% çoxdur.
Qeyd edək ki, 2020-2021-ci illərdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkətində məhdudiyyətlər və dayanmalar tətbiq edilib. Bu da, öz növbəsində, metro nəqliyyatı ilə sərnişin daşınmalarının həcminə təsir edib.
Xatırladaq ki, Bakıda metropolitendə xətlərinin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.
Mənbə – APA