Bu il Gürcüstandan 1,8 milyon dollarlıq diri mal-qara gətirilib

Bu ilin I rübündə Gürcüstandan Azərbaycana 1,819 milyon ABŞ dolları dəyərində 1 070 ton diri iribuynuzlu mal-qara ixrac olunub.

İndex.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Məlumata əsasən, məhsulun həcmi illik müqayisədə 218 ton və yaxud 25,6 % artıb.

Hesabat dövründə Azərbaycan qonşu ölkədən ümumi dəyəri 143 min ABŞ dolları olan 98 ton diri qoyun və keçi də idxal edib.
Report