Dövlət büdcəsinin subsidiya xərcləri artıb

Bu ilin I yarısında Azərbaycanın dövlət büdcəsinin subsidiya xərcləri 587,3 milyon manat təşkil edib.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 17,1% çoxdur.

Bununla belə, subsidiya ödənişləri proqnoza nisbətən 16,1% az icra edilib və illik proqnozun 35,5%-ni təşkil edib.