Kim Çen In: “Konstitusiyaya nüvə dövlət statusu əlavə edildi, dəyişdirilə bilməz”

Şimali Koreya lideri Kim Çen In ölkəsinin nüvə dövlət statusunun Konstitusiyaya əlavə edildiyini və bu statusun dəyişməz olduğunu açıqlayıb.

İndex.az xəbər verir ki, nüvə tərksilahına dair ümidləri puça çıxaran Xalq Assambleyasının iclasında bu açıqlamanı verən Şimali Koreya lideri heç kəsə dövlətin əsas qanununu pozmağa icazə verilməyəcəyini deyib.

Qeyd edək ki, 2006-2017-ci illər arasında altı nüvə sınağı həyata keçirən ölkə, nüvə enerjisi statusunu “dönməz” edən və rejimə qarşı “ekzistensial təhlükə” yarandığı halda qabaqlayıcı atom hücumu həyata keçirməyə icazə verən doktrina elan edib.