Yaqut Qarayeva: "Açıq havada maskadan istifadə ləğv oluna bilər"

Yaxın zamanlarda açıq havada maskadan istifadə ləğv oluna bilər.

İndex.az xəbər verir ki, bunu TƏBİB-in Departament müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, bununla bağlı qaydalar hazırlanır:

“Yaxın vaxtlarda maskalarla bağlı bəlli bir qərarlar elan olunacaq. Bu məhz açıq havada maskadan istifadə ilə bağlıdır. Hər kəsdən rəsmi məlumatları gözləməyi tövsiyə edirəm”.

©Trend