"Lukoil" qaz hasilatını 8%-ə yaxın artırıb

Bu ilin birinci yarısında Rusiyanın “Lukoil” şirkəti 15,9 mlrd. kubmetr qaz hasil edib ki, bu da illik müqayisədə 7,7% çoxdur.

İndex.az şirkətə istinadən xəbər verir ki, 2020-ci ilin müvafiq dövründı bu göstərici 14,8 mlrd. kubmetr təşkil edib.

Xatırladaq ki, “Lukoil” Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsinin iştirakçısıdır (10%), bununla yanaşı, şirkət Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarıdır (10%).

APA