Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (EDCD) mütəxəssisləri COVID-19-a yoluxma ehtimalı ilə əlaqədar səyahət üçün ən təhlükəli olan Avropa ölkələrinin adını açıqlayıb.
İndex.az xəbər verir ki, siyahı qurumun rəsmi saytında dərc olunub.
Mərkəzin yayımladığı məlumatlar Avropa ölkələrində yeni koronavirusa yoluxma hallarının statistikasına əsaslanır.
Göstəricilərə görə, Xorvatiya, Belçika və İrlandiyanın bəzi ərazilərində COVID-19 ilə bağlı vəziyyət pisə doğru dəyişib.
Həmçinin Latviya, Litva, Estoniya, Rumıniya, Lixtenşteyn, İslandiya, Hollandiya da təhlükəli ölkələr sırasındadır. Bu ölkələr sıyahıda qırmızı rənglə qeyd olunub.