“Gələn ilin Azərbaycanın dövlət büdcəsinin əsas xərc istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpa olunması, həmin ərazilərə böyük qayıdışın təmin edilməsidir”.
Index.az xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
Bununla belə, nazirin sözlərinə görə, gələn il büdcədə sosialyönümlü xərclər də priorotet olacaq: “Büdcədə sosialyönümlü xərclərin payı 46,4%-ə yüksələcək. Növbəti il maaşların, pensiyaların, müavinət və təqaüdlərin artırılması nəzərdə tutulub. Bunun üçün lazımi qədər vəsait ayrılıb. 2022-ci ildə ünvanlı dövlət sosial yardımının təyin edilməsi üçün də 258 milyon manat vəsait ayrılacaq”, – nazir qeyd edib.
“Gələn il dövlət sifarişi ilə ali təhsilə isə 544 milyon manat vəsaitin yönəldilməsi, təaqüd alan tələbələrin sayının 12 min artırılması nəzərdə tutulur”, – nazir bildirib.