Omskdan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək

Rusiyanın “IrAero” aviaşirkəti Bakıya daha bir Sibir şəhərindən uçuşlar həyata keçirə bilər.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, artıq Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) daşıyıcı şirkətə Omsk-Bakı istiqamətində uçuşlar həyata keçirilməsi üçün icazə verib.

Bu icazəyə əsasən, uçuşlar həftədə üç dəfə həyata keçiriləcək. Bu günə qədər Bakı və Omsk arasında birbaşa uçuşlar həyata keçirilməyib.