2021-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlarda 7,9 milyon ton neft, 7,9 milyard kubmetr təbii qaz hasil olunub.
İndex.az bu barədə SOCAR-ın ötənilki əsas istehsalat göstəricilərinə istinadən xəbər verir.
Məlumata görə, 2020-ci illə müqayisədə neft hasilatı 6,5%, qaz hasilatı isə 7% artıb.
Ölkə üzrə ümumi neft və qaz hasilatında da artım tendensiyası davam edib. Bu, özünü qaz hasilatında xüsusilə qabarıq göstərib. Belə ki, illik müqayisədə qaz hasilatı 18,1% artaraq, 43,9 milyard kubmetrə çatıb. İl ərzində Azərbaycanda cüzi artımla 34,6 milyon ton xam neft də hasil edilib.
Neft hasilatında cüzi artım əsasən OPEC+ razılaşması çərçivəsində könüllü məhdudlaşdırmaların tədricən aradan qaldırılması ilə bağlıdır.