FED-in yarımillik təqdimatı açıqlanıb

FED sədri Jerom Pauelin ABŞ Konqresinə pul siyasəti ilə bağlı yarımillik təqdimatı açıqlanıb.

İndex.az xəbər verir ki, hesabatda bankın yüksək inflyasiyanın yaratdığı problemlərdən xəbərdar olduğu və qiymət sabitliyini təmin etmək üçün daha çox faiz artımına ehtiyac olduğu bildirilib.

Hesabatda, iqtisadi görünüşlə bağlı “İstehlakçı Güvəni”nin çox aşağı səviyyədə qaldığı və inflyasiyanın hədəfdən xeyli yuxarı olduğu bildirilib.

Bununla yanaşı hesabatda birjalarda qiymətləndirmə təzyiqlərinin orta dərəcədə artmağına baxmayaraq, daşınmaz əmlak qiymətlərinin əsas göstəricilərlə müqayisədə yüksək olaraq qalacağı bildirilib.