FED rəsmilərinin faiz dərəcələrini daha da artırmağın lazım ola biləcəyi ilə bağlı xəbərdarlıqlarına baxmayaraq, qızıl həftəni yüksəlişlə bağlamağa hazırlaşır.
İndex.az xəbər verir ki, dolların ucuzlaşması və Çin iqtisadiyyatının sürətlə bərpa olmasından sonra yanvarın ortalarından bəri qızıl ən yaxşı həftəsini keçirir.
Belə ki, qızılın unsiyası ötən həftə ilə müqaisədə 1,6% artaraq 1843 dollara satılıb.
“Guardian Gold Australia”nın Biznesin İnkişafı üzrə Meneceri Con Fini bildirib ki, mərkəzi banklar inflyasiyaya qarşı sərtləşmədən çəkinmək üçün siyasi təzyiqlərə tab gətirsələr, qızıl bu il yüksəlməyə davam edə bilər:
“İnflyasiya hələ də yüksək olarkən uçot dərəcələrini azaltmağa başlasanız, çox güman ki, mərkəzi bankdan qızıla tələbin davam etdiyini və inflyasiyadan qorunmaq üçün pərakəndə tələbatın artdığını görəcəksiniz. Bu il bazar çox müsbət ola bilər və bir çox insanı təəccübləndirə bilər”.