İlon Mask “Twitter”i aldıqdan sonra sosial media platformasında bir çox dəyişikliklər edib. Əvvəlcə Mask direktorlar şurasını istefaya göndərdi, sonra isə “Twitter” işçilərinin 70 faizindən çoxunu işdən çıxardı.
İndex.az xəbər verir ki, bu yaxınlarda işdən çıxarılma ilə bağlı son addımını edən “Twitter” CEO-su qalan işçilərinə gözlənilməz elektron məktub göndərib.
İlon Mask ötən gün “Twitter”də qalan işçilərə e-poçt göndərərək şad xəbər paylaşıb. Müvafiq olaraq, “Twitter”in qalan işçiləri 24 Martda performansa əsaslanan fond mükafatlarını alacaqlar. Bir çox işdən çıxarıldıqdan sonra bu siyasət qalan işçilərin işinə mənfi təsir göstərməməyi hədəfləyir.