“Apple” cəzalandırıla bilər

Avropa İttifaqı (Aİ) “Apple”i istifadəçilərin “App Store”da musiqi proqramlarında digər satın alma variantları barədə məlumatlandırılmasına mane olmaqda ittiham edib.

İndex.az xəbər verir ki, Avropa Komissiyası “Spotify”ın şikayəti ilə 2 il əvvəl başlayan rəqabət araşdırmasında “Apple”ə qarşı ittihamların əhatə dairəsinin daraldığını və şirkətə yeni ittihamların yer aldığı rəsmi etiraz bəyanatı göndərildiyini açıqlayıb.

Açıqlamada xatırladılıb ki, Komissiyanın əvvəlki ittihamında “Apple”in öz ödəniş texnologiyasını musiqi proqramı tərtibatçılarına tətbiq etməsi və alternativ abunə xidmətləri haqqında məlumat vermək imkanını məhdudlaşdırması göstərilir.

Açıqlamada bildirilib ki, son ittiham “Apple”in daha aşağı qiymətlərlə abunə seçimləri təklif edən musiqi proqramlarına müqavilə məhdudiyyətləri qoyması ilə bağlıdır və “Apple”in sözügedən davranışının Aİ-nin rəqabət qaydalarını pozur.

2021-ci ildə Aİ “Apple”i musiqi axını proqramlarında dominant mövqeyindən sui-istifadə etməkdə ittiham edirdi.

Qeyd edək ki, Aİ Komissiyası Aİ ölkələrində fəaliyyət göstərən şirkətləri öz sektorlarında rəqabətə zidd vəziyyətin olub-olmadığını yoxlamaq səlahiyyətinə malikdir.