“WhatsApp”da göndərilən mesajları redaktə etmək mümkün olacaq

“WhatsApp”a mesajların redaktə edilməsi funksiyası gəlir.

İndex.az xəbər verir ki, “WhatsApp”da göndərilən mesajı redaktə etmək üçün çatda redaktə etmək istədiyiniz mesajı basıb saxlamaq və seçimlərdən “Redaktə et” düyməsini sıxmaq kifayətdir.

Bununla belə, “Telegram”dan fərqli olaraq, onun vaxt məhdudiyyəti var. Redaktə, mesaj göndərildikdən sonra 15 dəqiqə ərzində edilməlidir.

“WhatsApp” redaktə edilmiş mesajların göndərən tərəfində “redaktə edilmiş” etiketini göstərəcək. Redaktə yalnız mətn mesajlarına aiddir. Fotoşəkilləri, videoları, sənədləri paylaşarkən əlavə edilən şərhlər üçün redaktə seçimi olmayacaq.