
Qadın Dünyasında “İlin Avtomobili” (WWCOTY) mükafatlarının builki qalibləri məlum olub.
İndex.az yalnız qadın avtomobil jurnalistləri tərəfindən təyin olunan ilin avtomobillərini təqdim edir:
Ən yaxşı şəhər avtomobili: Kia Niro
Qadın avtomobil jurnalistlərinin fikrincə, ilin ən yaxşı şəhər avtomobili “Kia Niro” olub.
Ən yaxşı ailə SUV: Jeep Avenger
2023 nəticələrinə görə, ilin ən yaxşı ailə SUV modeli “Jeep Avenger”dir. Yadda saxlamaq lazımdır ki, B-SUV seqmentindəki “Avenger” də “İlin avtomobili” seçilib.
Ən yaxşı geniş avtomobil: Citroen C5 X
C5 X D seqmentli avtomobil kimi təqdim edilən bu maşını qadın jurnalistlər də mükafata layiq görüblər.
Ən yaxşı SUV avtomobili: Nissan X-Trail
SUV kuzov tipləri ümumi olsa belə, bu B və C SUV-lər əsla SUV seqmentini heç vaxt əvəz etməyəcək. Bu seqmentin ən sevimli nümayəndələrindən biri olan “Nissan X-Trail” qadın jurnalistlərə görə ilin ən yaxşı SUV avtomobili olub.
Ən yaxşı performans avtomobili: Audi RS 3
Premium avtomobil istehsalçısı “Audi”nin 2023 RS 3 modeli 401 at gücünə malik əsl “canavar”dır.
Ən yaxşı 4×4: Ford Ranger
Qadın avtomobil jurnalistlərinin fikrincə, “Ford Ranger” ilin ən yaxşı 4×4 avtomobili olub.