Daha bir ölkə “TikTok”u qadağan etdi

Kanadada “TikTok” tətbiqinin hökumətə məxsus cihazlarda quraşdırılması bu gündən qadağan edilib.

İndex.az xəbər verir ki, Kanada hökuməti bu qərarı ölkədəki informasiya təhlükəsizliyi orqanlarının tətbiqdə məxfilik və təhlükəsizlik baxımından qəbuledilməz risklər olduğunu müəyyən etdikdən sonra verib.

Qeyd edək ki, Avropa Komissiyası da bir neçə gün əvvəl oxşar qərar qəbul edib.