Murat Kurum: “534 min mənzil söküləcək”

Türkiyədə zəlzələdən sonra söküləcək mənzillərin sayı məlum olub.

İndex.az xəbər verir ki, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurum verdiyi açıqlamada bildirib ki, bu günə qədər 4 milyon 658 min mənzildən ibarət 1 milyon 316 min binanın təftişinin tamamlanıb:

“Zəlzələ bölgələrində araşdırılan 1 milyon 316 min binada 534 min mənzilə və 173 min binaya ciddi ziyan dəyib. Zəlzələdən zərər çəkmiş əyalətlərdə biznesmenlər üçün müvəqqəti iş yerlərinin yaradılacağ. Biz liderlərimizin tələbləri, şəhərlərin demoqrafik və mədəni quruluşu və bunun kimi digər məsələləri diqqətə alaraq birlikdə yenidənqurma işlərinə başlayırıq. İnşallah yeni Malatyanı, yeni Doğanşəhəri və Akçadağı birlikdə quracağıq”.