Ramazan ayı addım-addım yaxınlaşdıqca bir ay oruc tutacaq möminlər ilk oruc tarixini araşdırırlar. Bu il Ramazan ayının ilk iftarı mart ayında açılacaq, apreldə isə başa çatacaq.
İndex.az xəbər verir ki, 2023-cü ilin Ramazan ayı martın 23-də başlayacaq. Onun müddəti aprelin 20-də başa çatacaq.
Bayram isə 21 aprel cümə günü başlayır, bazar günü, aprelin 23-də başa çatır.
Qeyd edək ki, Ramazan ayında olan və “Min aydan daha xeyirli” olaraq ifadə edilən Qədr Gecəsi aprelin 17-də gerçəkləşəcək.