
“Avropa Mərkəzi Bankı”nın (AMB) prezidenti Kristin Laqard “Avro Bölgəsi”ndə maaş artımının normal olduğunu bildirib.
İndex.az xəbər verir ki, AMB-nin prezidenti Kristin Laqard bildirib ki, Avrozonada inflyasiyanın sürətli yüksəlişi ilə aşınmış alıcılıq qabiliyyətini bərpa etmək üçün maaşların artımı normaldır və ölkələrdə maaş-qiymət problemi yoxdur.
AMB-nin maaşlardakı artımı çox yaxından izlədiyini bildirən Laqard, inflyasiyaya yetişmək üçün maaşların artmasının çox normal bir proses olduğunu vurğuladı.