Avstraliyada balıq yağışı – FOTO

Avstraliyada yerli sakinlər balıq yağışının şahidi olublar.

İndex.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazır.

Məlumata görə, balıq ovu sözün əsl mənasında insanların başına düşüb.

Avstraliyanın Tanami səhrasında yerləşən icma sakinlərinin sözlərinə görə, belə təbiət hadisəsi onları çox təəccübləndirib. Yağış yağmağa başlayanda su ilə birlikdə göydən hələ də sağ olan balıqlar da düşməyə başlayıb.

“Uşaqlar balıq toplayıb butulkalarda və ya su qablarında saxlayırdılar”, – deyə yerli sakinlər bildiriblər.

Mütəxəssislərin fikrincə, balıq yağışına çaylardan və ya göllərdən keçən tornado və ya qasırğa səbəb olur. Güclü hava axını balıqları öz su anbarlarında sovurur, sonra isə balıqları başqa yerə atır. Avstraliyada belə nadir hava hadisəsi sonuncu dəfə 2010-cu ilin martında qeydə alınıb.