Olli Rehn: “Faiz artımları mart ayından sonra da davam edəcək”

Faiz dərəcəsinin artımları mart ayından sonra da davam edəcək.

İndex.az xəbər verir ki, “Avropa Mərkəzi Bankı”nın (AMB) İdarə Heyətinin üzvü və “Finlandiya Mərkəzi Bankı”nın sədri Olli Rehn bildirib ki, AMB mart ayından sonra faiz dərəcəsini artırmalıdır.

“Borsen-Zeitung”a açıqlamasında Rehn, inflyasiyanın çox yüksək olaraq davam etdiyi bir mühitdə faiz artımlarının mart ayından sonra da davam etməsinin olduqca məntiqli və uyğun olduğunu bildirib.

Rehn, AMB depozit faizinin yay aylarında pik həddə çatacağını proqnozlaşdırdığını vurğuladı.