Zəlzələ bölgəsində bütün yaşayış evləri sıfırdan 4 mərtəbəli tikiləcək

Konteyner sayını 200 minə qədər artıra biləcəyik.

İndex.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hatayda keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, zəlzələ bölgəsində bütün yaşayış evləri sıfırdan maksimum 4 mərtəbəli tikiləcək.

Ərdoğan qeyd edib ki, 1 milyon 684 min vətəndaşın yaşayış ehtiyacı ödənilib.