Bayramda Bakı-Sumqayıt qatarlarından neçə nəfər istifadə edib?

Qeyri–iş günlərində ümumilikdə 21 400-dən çox sərnişin Bakı-Sumqayıt qatarından istifadə edib.

İndex.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Buna da bax: Bayramda Bakıdan regionlara 27 min sərnişin daşınıb

Məlumata görə, bayram günlərində Abşeron dairəvi dəmir yolu üzrə hərəkət edən qatarlar qeyri-iş günlərinin qrafikinə uyğun işləyib. Qeyri–iş günlərində Bakı-Sumqayıt qatarları ilə gün ərzində təqribən 3 500 -5 000 arası sərnişin daşınıb.

Adi günlərdə Bakı-Sumqayıt qatarları ilə gün ərzində 14 000-16 000 arası sərnişin daşınır.

Qeyd edək ki, ölkədə Yeni il bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayıb. 31 dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü, 1 və 2 yanvar isə Yeni il bayramı qeyd olunub. Bu il yanvar ayının 1-i və 2-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün, Əmək Məcəlləsinə əsasən, iş və istirahət günlərinin yeri dəyişdirilərək, 3 və 4 yanvar tarixləri qeyri-iş günü elan edilmişdir.